h1

Həyat…

Ocak 14, 2008

Yaşam bir çizgidir. Biz çizilə-çizilə yaşayırıq. Bu oyunlar içində bir fiqura çevrilməməkdir çabalarımız. Buna görə də çizən də çizilən də biz olmağa çalışırıq.Və biz bütövlükdə “biz” olmağa çalışırıq.

Zənnimcə, həyatda hər kəs özünü sevərkən tapır. Çünki itirməkdən qorxan insanlar yalan danışmazlar. Yalanı itirmək istəyənlər danışar. Danışar, danışar…Susar və yenidən danışar.

Amma mənim üçün həyatda bir həyat var – o da gözəllik…

h1

Bu günə olan son yazım

Ocak 12, 2008

Üç İsrail əsgəri Fələstin torpaqlarında xatirə şəkli çəkdirir. İki əsgər fotoapparata ” Cheessee” deyərkən digəri də bu anı ölümsüzləşdirir…

…və ayaqlarının altında, öldürdükləri fələstinli körpə…

h1

Bir söz…

Ocak 11, 2008

Soyuq hava, isti otaq, ilıq münasibətlər…

h1

Dostum…

Ocak 11, 2008

Dostum həyatından bezib intihara qalxdı… Sadəcə, dost çağırdım, geri döndü. Bir söz onun həyatı üçün bu qədər dəyərli imiş…Dostum!

h1

3 həyat…

Ocak 11, 2008

Fəqrində olmalı insan…Özünün, həyatın, gedişatın
fərqində olmalı.
Həyat dediyin 3 gündür.
Dünən – gəlib keçdi
Sabah – məchuldur
Deməli həyat dediyin bir gündür
O da bu gündür.

Ona görə də sevgiylə qalın, sevdiklərinizlə qalın…

h1

Bu gün

Ocak 10, 2008

Bu gün gəzdim dostlarımla, əyləndim mənə yaxın olan insanlarla, aşiq oldum bir gözəl qıza, nifrət etdim savaşa. 2 günə imtahandı…

h1

bırakma beni

Ocak 10, 2008

yeni doğmuş bebeğe yutkunmayı ögreten
çimene yesili, buluta maviyi, topraga doğurganliğı veren
ey karıncanın bile kalbine merhameti indiren
görünmezi gören, bilinmezi bilen
göğe, çark-ı feleğe, süreyyaya, yıldızlara
kainata sığmayıp bir garibin kalbine giren
duy sesimi

işte bu benim işte ben
herşeyden sonra ve herşeyin başında
kapı aralığında
mahcubum utanıyorum aslında
vermeyi istemeseydin istemeyi vermezdin
geldim bırakma beni
Hepsi yalan söyledi
isyansa isyan ettimi, nisyansa unuttum her seferinde seni
düştüm bırakma beni…

ibrahim sadri (bırakma beni şiirinden)

h1

Yalnışlar və doğrular…

Ocak 9, 2008

Yalnışlar içində yaşadığımız həyatda, bəzən bir doğru bütün yalnışları təlafi etməyə kömək edir.
Nifrət içində yaşadığımız cəmiyyətdə, bəzən bir gülüş bizə aşiq olmağa kömək edir.
Müharibələr içində yaşadığımız dünyada, bəzən bir güzəşt sülh yaratmağa kömək edir.

Yalnışları təlafi etmək üçün sevmək lazımdır. Sevgi bir gülüşdən yaranır.Və əbədi sülhün bərqərar olmasına kömək edir. Gəlin, gülüş, sevgi və sülh içində bir dünya quraq.

h1

Kral öldü…

Ocak 8, 2008

Kral öldü, yaşasın kral…

h1

İmtahan

Ocak 8, 2008

Hörmətli blog, dostum Dərvişi təbrik edə bilərsən…Ərəb dili imtahanından keçdi. Növbəti imtahan:
Fransız dili.